Xəstəxana yol qəzasında xəsarət alan Təbriz Gülaliyevin vəziyyəti barədə məlumat yayıb

Bakı Sağlamlıq Mərkəzi

© APA | Bakı Sağlamlıq Mərkəzi

# 26 may 2021 15:07 (UTC +04:00)

Bakı Sağlamlıq Mərkəzi yol qəzasında xəsarət alan Təbriz Gülaliyevin vəziyyəti ilə bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, BSM-in məlumatında bildirilib ki, Təbriz Gülaliyev dünən axşam saatlarında mərkəzə təcili tibbi yardım maşını ilə huşu aydın, baş və üz, eləcə də bədənin digər nahiyyələrində olan çoxsaylı travmalarla gətirilib. Təcili tibbi yardım şöbəsində ilkin yardım göstərildikdən sonra xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilərək plan üzrə müayinə və müalicəsinə başlanılıb. Müayinə nəticəsində xəstəyə müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sol tərəfli almacıq sümüyünün və burun sümüklərinin çoxsaylı yerdəyişmiş sınıqları, burun kürəyinin əzilmiş, sol qaş nahiyyəsinin sıyrılmış yaraları, sol tərəfli paraorbital hematoma, sağ diz qapağının yerdəyişmiş sınığı diaqnozu qoyulub. Hazırda vəziyyəti stabildir, müalicə və müşahidə davam etdirilir.

Qeyd edək ki, Gülalıyev Təbriz Oqtay oğlu dünən idarə etdiyi avtomobillə Abşeron rayonu Məhəmmədi qəsəbəsində qəzaya uğrayıb.

O, burun sümüyünün əziyi kəllə beyin travması alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Daha sonra T.Gülalıyev başqa xəstəxanaya köçürülüb.

Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR