Xidmət rəisi: “Bəzi vəhşi heyvan növlərinin ovlanmasına görə cərimə artırılacaq”

Hikmət Əlizadə

© APA | Hikmət Əlizadə

# 21 may 2021 15:29 (UTC +04:00)

“Vəhşi heyvanların ovlanmasına görə ödəmələrin və cərimələrin miqdarı ilə bağlı sənəd hazırlanıb”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, bununla bağlı hazırda olan sənəd Nazirlər Kabineti tərəfindən 2004-cü il tarixli 174 saylı qərarı ilə təsdiqlənib: “Bunun üzərindən isə 17 il keçib, bugünkü günə uyğun gəlmir. Çünki vəhşi heyvan növlərinin bəzisi artıb, bəzisi azalıb, bəzi növləri “Qırmızı kitab”a salındığı üçün cərimənin miqdarı çoxalmalıdır. Bəzi növlər var ki, o vaxt, ümumiyyətlə, həmin növlər Azərbaycanda yox idi, məsələn, zubr. Orta hesabla deyim ki, əksər vəhşi növlərin ovlanması ilə əlaqədar cərimənin miqdarının 5-10 dəfə artırılması nəzərdə tutulub. Sənəd hazırda razılaşdırma mərhələsindədir”.

Xidmət rəisi, eyni zamanda qeyd edib ki, balıqçılıq haqqında qanunvericiliyə dəyişikliklərlə bağlı da sənəd hazırlanıb: “Bu sənəddə mühafizə və nəzarətin daha ciddi aparılması üçündür. Bu sənəd də artıq razılaşma mərhələsindədir. Bu sənəddə qanunsuz balıq ovuna nəzarətin hüquq-mühafizə orqanları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə su akvatoriyalarında və digər sahələrdə nəzarətin həyata keçirilməsi nəzərdə tutulub. Qanunvericiliyə yeni dəyişiklik qanunsuz balıq ovuna nəzarətin, mühafizənin daha ciddi təşkilinə xidmət edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR