XİN-də işə qəbulla bağlı sınaq imtahanında iştirak üçün məbləğ açıqlanıb

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 04 dekabr 2021 10:45 (UTC +04:00)

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbulla bağlı namizədlərin sınaq imtahanı üçün məbləğ müəyyənləşib.

APA-nın DİM-in saytına istinadən xəbərinə görə, sınaq imtahanı dekabrın 26-da keçiriləcək. Namizədlərin sınaq imtahanında iştirak etməsi üçün ödənişin məbləği 60 AZN (ƏDV daxil olmaqla) təşkil edir.

Sınaq imtahanına qeydiyyat Dövlət İmtahan Mərkəzinin internet portalında dekabrın 8-i saat 10:00-dan dekabrın 19-u saat 18:00-dək həyata keçiriləcək. Sınaq imtahanı üçün qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaq.

Qeyd edək ki, sınaq imtahanında yazı bacarıqlarının ölçülməsi (esse tapşırıqları) nəzərdə tutulmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR