XİN nümayəndə heyətinin iştiraklı ilə Gəncədə dəyimi masa keçirilib - FOTO

XİN nümayəndə heyətinin iştiraklı ilə Gəncədə dəyimi masa keçirilib

© APA | XİN nümayəndə heyətinin iştiraklı ilə Gəncədə dəyimi masa keçirilib

# 26 noyabr 2021 15:57 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin Gəncədə səfərdə olan nümayəndə heyətinin iştiraklı ilə şəhərdəki Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, mərkəzin akt zalında keçirilən tədbirdə XİN nümayəndə heyəti, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Özterk və digər şəxslər iştirak edib.

Əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Dəyirmi masada çıxış edənlər bu ilin “Nizami Gəncəvi İli” elan olunduğunu xatırladaraq bununla bağlı bir çox tədbirlər keçirildiyini bildiriblər. Xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib ki, dahi şairin 880 illiyi ilə bağlı bir çox ölkədə tədbirlər keçirilib və bu tədbirlər davamlı olacaq. Nazir müavini qeyd edib ki, dahi şairin əsərlərinin xarici dillərdə hazırlanıb çap olunması qarşıda duran əsas məsələlərdən biridir.

Qeyd edək ki, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Gəncə şəhərinə səfər edib. Səfər “Nizami Gəncəvi İli” çərçivəsində baş tutub.

Səfər zamanı nümayəndə heyəti Gəncədə bir sıra yerləri ziyarət edib, görüşlər keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR