Xüsusi qabiliyyət imtahanları üçün 14215 abituriyent qeydiyyatdan keçib

Xüsusi qabiliyyət imtahanları üçün 14215 abituriyent qeydiyyatdan keçib
# 16 iyun 2021 16:26 (UTC +04:00)

İyunun 16-dan etibarən DİM tərəfindən ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün qabiliyyət imtahanlarına start verilib.

DİM-dən APA-ya bildirilib ki, imtahanlar əvvəlcə Məşqçilik (61) və Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (62), komissiyaları üzrə, 21 iyundan isə Dizayn (14) və Dekorativ tətrbiqi sənət(15) komissiyaları üzrə keçiriləcək.

Digər komissiyalar üzrə buraxılış vərəqələrinin çap edilməsi və imtahan tarixləri yaxın günlərdə elan olunacaq.

Qabiliyyət imtahanlarında iştirak üçün birinci sənəd qəbulunda 14215 abituriyent qeydiyyatdan keçib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş abituriyentlər (14, 15, 61 və 62-ci komissiyalar üzrə) öz səhifələrinə daxil olub “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib orada qeyd olunan vaxtda imtahanda iştirak etməlidirlər.

İmtahana maska ilə gəlmək və sosial məsafəni gözləmək lazımdır.

Abituriyentlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR