Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçənlər buraxılış vərəqəsini çap edə bilərlər

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 22 iyun 2021 17:06 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlərə müraciət edib.

DİM-dən APA-ya verilən məlumata görə, Bakıda fəaliyyət göstərən aşağıdakı Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə qeydiyyatdan keçmiş abituriyentlər öz səhifələrinə daxil olub “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər. Digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.

Qeyd edək ki, fortepiano aləti üzrə məşq etmək istəyənlər 30 iyun tarixində saat 10:00-dan 16:00-dək Bülbül adına orta ixtisas musiqi məktəbinə gələ bilərlər.

İxtisaslar

Komissiya kodu

Rəngkarlıq

10

Qrafika

11

Heykəltəraşlıq

12

Dekorativ- tətbiqi sənət (sahələr üzrə)

15

İnstrumental ifaçılıq (alətlər üzrə)

20,21,22,23,31

Vokal sənəti (akademik vokal)

24

Vokal sənəti (xanəndəlik)

25

Populyar musiqi və caz ifaçılığı (vokal)

26

Populyar musiqi və caz ifaçılığı (alətlər üzrə)

36

Dirijorluq (sahələr üzrə)

27

Vokal sənəti (milli vokal)

28

Bəstəkarlıq

29

Musiqişünaslıq

30

Musiqi müəllimliyi

32

Təsviri sənət

16

Heykəltəraşlıq

17

İnstrumental ifaçılıq (alətlər üzrə)

33,34

Vokal sənəti (xanəndəlik)

35

Vokal sənəti (klassik vokal)

37

Aşıq sənəti

41

Bədii yaradıcılıq

57

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR