Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinin nəticələri açıqlanıb

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 21 sentyabr 2021 16:47 (UTC +04:00)

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə APA-ya Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən bildirilib.

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

16-17 sentyabr tarixlərində S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında təşkil edilən müsahibələrdə namizədlərə biliyi və metodiki hazırlığını, sağlamlıq imkanları məhdud şagirdlərlə işləmək qabiliyyətini yoxlayan suallar təqdim olunub.

Qeyd edək ki, müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR