Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinin nəticələri açıqlanıb

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinin nəticələri açıqlanıb
# 29 oktyabr 2021 17:24 (UTC +04:00)

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən APA-ya verilən mılumata görə, 26 oktyabr tarixində keçirilən xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsahibələrdə uğur qazanan namizədlərin şəxsi səhifəsində bu barədə müvafiq məlumatlar qeyd olunub və onlarla 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

Qeyd edək ki, xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda, MS Teams platforması üzərindən həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR