Yağışlı hava şəraiti ilə əlaqədar Bakıda bəzi yollarda sürət həddi endirilib 

Yağışlı hava şəraiti ilə əlaqədar Bakıda bəzi yollarda sürət həddi endirilib 
# 30 oktyabr 2021 08:36 (UTC +04:00)

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti - Mərdəkan -Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR