YAP-da "Qələbənin ilk ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri” mövzusunda konfrans keçirilib

YAP-da "Qələbənin ilk ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri” mövzusunda konfrans keçirilib
# 04 noyabr 2021 12:56 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasında "Qələbənin ilk ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri” mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, işğalda olan torpaqlar döyüş meydanında Ali Baş Komandanın rəhbərliyi və Ordumuzun şücaəti ilə azad edilib: “Prezident İlham Əliyevin inkişafa, qələbəyə yönələn siyasəti nəticəsində Azərbaycanın iqtisadi müstəqilliyi tam bərpa edilib. Güclü iqtisadi inkişaf tarixi zəfər üçün mühüm amil olub".

O deyib ki, son 18 ilin iqtisadi göstəriciləri qarşıya qoyulan əsas hədəflərin uğurla reallaşdığını göstərir: "Ümumdaxili məhsulun 3,2 dəfə artımı dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Həmin dövrdə Azərbaycana 274 milyard investisiya qoyulması mühüm iqtisadi amillərdən biridir. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB dövlətləri sırasında ilk yerdə durur".

O deyib ki, ordu quruculuğu strategiyası da uğurla davam edib: "Bu isə Azərbaycan milli maraqlarını döyüş meydanında təmin etməyə imkan verib. Dövlət başçısı da deyib ki, iqtisadi potensialımız olmasaydı, bu, çətin olardı. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə geniş bərpa işlərinə başlayıb. Bu, postmüharibə dövründə də Azərbaycanın iqtisadi gücünü əks etdirir. Azərbaycanın rayonlarının yeni iqtisadi bölgüsü milli iqtisadiyyatın inkişafına töhfə verəcək. Qarabağ və Zəngəzur iqtisadi rayonlarının olması isə tarixi, mənəvi, siyasi və iqtisadi baxımdan çox əhəmiyyətlidir. Zəngəzur dəhlizinin açılması geniş formatlı əməkdaşlıq üçün Azərbaycan başda olmaqla işbirliyində maraqlı olan bir çox dövlətlərin mühüm mənfəət əldə etməsi deməkdir. Bu isə Azərbaycanın milli tərəqqisində yeni dövrün başlanğıcıdır".

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə bildirib ki, bugünkü reallıqda iqtisadiyyatın əsasını innovasiya və biliklər təşkil edir: "Əgər Azərbaycanın iqtisadiyyatı güclü olmasaydı, güclü texnologiyalar da əldə edə bilməzdik. Bütün dünyanın aparıcı ölkələrində ümumdaxili məhsulun 2,3 faizi elmi tədqiqatlara həsr olunur. Ancaq təəssüf ki, bu gün Azərbaycanda bu rəqəm istədiyimiz səviyyədə deyil. Qarşıya qoyulan məqsəd odur ki, elmi tədqiqatlara ayrılan vəsaitlərin həcmi bir neçə dəfə artırılsın. Əsas hədəf odur ki, elmi tədqiqatlar üçün ayrılan vəsait dövlət büdcəsinin üzərinə düşməsin".

Qeyd edək ki, konfransda Vətən müharibəsinə həsr olunan "44 günlük Zəfər salnaməsi" filminin nümayişi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR