YAP: Eldəniz Səlimovla bağlı məsələyə hüquqi qiymət verildikdən sonra münasibət bildiriləcək

YAP: Eldəniz Səlimovla bağlı məsələyə hüquqi qiymət verildikdən sonra münasibət bildiriləcək
# 30 iyul 2021 14:53 (UTC +04:00)

Baş vermiş hadisədən təəssüf hissi keçiririk”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının siyahısı ilə deputat seçilmiş Eldəniz Səlimovla bağlı məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev bildirib.

YAP İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri deyib ki, faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb, məsələyə hüquqi qiymət verildikdən sonra münasibət bildiriləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Milli Məclisin deputatı Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı ilə bağlı araşdırma aparıldığı barədə məlumat yayıb. Hadisə iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, MM-in deputatı Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində baş verib. Eldəniz Səlimov karantin qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə toplanmış materiallar araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR