Yaponiya sahillərində 5 bal gücündə zəlzələ olub

Yaponiya sahillərində 5 bal gücündə zəlzələ olub
# 09 iyun 2021 06:48 (UTC +04:00)

Yaponiyanın Honsü adası sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 239 min insanın yaşadığı Haçinohe şəhərindən 78 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 50 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi bildirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR