Yaponiya səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib - FOTO

Yaponiya səfiri Quba Soyqırımı Memorial Kompleksində

© APA | Yaponiya səfiri Quba Soyqırımı Memorial Kompleksində

# 08 iyun 2021 17:46 (UTC +04:00)

Bu gün Qubada səfərdə olan Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, səfirə erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikanın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Səfirə kompleksin rəhbərliyi tərəfindən soyqırımı hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR