Yaponiya səfirliyi Qərbi Kaspi Universitetinə kitablar hədiyyə edib - FOTO

Hüseyn Bağırov və Vada Cüniçi

© APA | Hüseyn Bağırov və Vada Cüniçi

# 24 may 2021 11:40 (UTC +04:00)

Yaponiyanın Azərbaycandakı səfirliyi Qərbi Kaspi Universitetinə kitablar hədiyyə edib.

APA-nın xəbərinə görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri Hüseyn Bağırov bildirib ki, Yaponiya səfirliyinin təqdim etdiyi bu kitablar Universitetdə Uzaq Asiya regionu üzrə təhsil alan tələbələr üçün önəmlidir və bu kitablar tələbələrin regionla bağlı biliklərini daha da artıracaq.

O qeyd edib ki, universitet yapon dilinin xarici dil kimi tədris olunmasında maraqlıdır. H. Bağırov deyib ki, bu günlərdə “Erasmus +” mübadilə proqramı çərçivəsində Universitetin tələbələri İspaniya, Kipr və Almaniyada təhsil almaq üçün seçiləcəklər və onlar oxşar proqramlarla azərbaycanlı tələbələrin Yaponiyada da təhsilində maraqlıdır.

Qəyyumlar Şurasının sədri Yaponiyadan olan tədqiqatçı müəllimlərin Azərbaycana gəlməsi və araşdırmalar aparması üçün Universitetin şərait yaratmasına hazır olduğunu vurğulayıb: “Biz universitet olaraq bu işə töhfə verməyə və əməkdaşlığa hazırıq”.

Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi bildirib ki, bu gün Yaponiya Fondu tərəfindən Qərbi Kaspi Universitetinə 89 kitab təqdim olunur.

Səfir deyib ki, bu layihə fond tərəfindən 2008-ci ildən icra olunur. O qeyd edib ki, kitablar ingilis dilindədir və Yaponiya mədəniyyəti, ədəbiyyatı və diplomatiyası barədədir: “Bu kitablar vasitəsilə azərbaycanlı tələbələr müasir Yaponiya haqqında məlumatlarını artıracaq. Əminəm ki, onlar gələcəkdə Yaponiyada təhsil almağa maraq göstərəcəklər və iki ölkə arasında münasibətlərin inkişafına daha da töhfə verəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR