Yaqut Qarayeva: "Antiseptiklərin çox istifadəsi allergik reaksiyalar yaradır"

Yaqut Qarayeva: "Antiseptiklərin çox istifadəsi allergik reaksiyalar yaradır"
# 09 iyul 2021 16:12 (UTC +04:00)

“Pandemiya gigiyena qaydalarının yayılmasında və buna əməl olunmasında müsbət rol oynadı”. APA-nın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva “Səyahət sağlamlığı” mövzusunda çıxışında deyib.

O bildirib ki, əvvəl insanlar bu qaydalara əməl etmirdilər, indi isə bununla bağlı məsləhət verməyə də ehtiyac yoxdur: “İndi insanlar üzərində əl üçün antiseptik məhlul gəzdirir. Tövsiyə edirəm ki, imkan olduğu halda əlləri adi su və sabunla yuyun. Antiseptiklərin çox istifadəsi bəzən allergik reaksiyalar, dəridə qıcıqlanmalar yarada bilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR