Yaqut Qarayeva: "Azərbaycanda koronavirusa yoluxma sayında kəskin artım müşahidə olunur"

Yaqut Qarayeva

© APA | Yaqut Qarayeva

# 20 avqust 2021 11:06 (UTC +04:00)

“Dünyada koronavirusa yoluxanların sayı 210 milyonu, ölənlərin sayı isə 4 milyonu keçib”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, hələ də ən çox yoluxma ABŞ, Hindistan və Braziliyadadır: “Son günlərdə Azərbaycanda da yoluxma sayında kəskin artım müşahidə olunur. Hər zaman vurğulayıram ki, bizim üçün önəmli olan yoluxma əmsalıdır. Bu gün 23 % yoluxma əmsalı görürük. Avqustun 1-də isə bu rəqəm 7 % idi. 20 gün ərzində çox ciddi artım müşahidə edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR