Yaqut Qarayeva: “Azərbaycanda tibbi tullantıların daşınması ilə bağlı ciddi problem var”

Yaqut Qarayeva, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri

© APA | Yaqut Qarayeva, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri

# 30 iyul 2021 16:41 (UTC +04:00)

“Tibbi tullantıların ayrılması xəstəxanada daxilində baş verir”.

APA-nın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva “Xəstəxanalarda infeksiyaya nəzarət proqramlarının tətbiqi” mövzusunda proqramda bildirib.

Y. Qarayeva deyib ki, tibbi tullantı xəstəxanada ayrılmalıdır: “Xəstə ilə təmasda olmuş hər bir tullantı infeksion tullantıdır. Xəstəxananın ofis hissəsində əmələ gələn tullantılar isə qeyri-infeksion məişət tullantıları olur. Xəstəxanada kəsici-dəlici tullantılar da olur, bunlar da çox təhlükəlidir. Məsələn, biz iynəni zibil torbasına atırdıq. Bu iynə sonra torbanı deşərək düşə və başqa ciddi problemlərə yol aça bilər. Ona görə belə tullantılar üçün plastik qablardan istifadə olunmalıdır”.

TƏBİB-in departament müdiri qeyd edib ki, Azərbaycanda tibbi tullantıların daşınması ilə bağlı ciddi problem var: “Tullantıların daşınmasını başqa orqanlar həyata keçirməlidir, bu, xəstəxananın özünün daşıyacağı bir yük deyil. Məsələn, Türkiyədə bu tullantıları bələdiyyə daşıyır, bu, xəstəxananın işi deyil. Hər bir xəstəxananın topladığı tullantıları özünün utilizasiya etməsi başqa problemə səbəb ola bilər. Bunun ekoloji problemləri var. Bu tullantılar harada utilizasiya olunur, doğrumu utilizasiya olunur? Ona görə də dünyada bu tullantıları xəstəxana müvəqqəti toplayır, müvəqqəti saxlamaq üçün xüsusi standartlara uyğun yer hazırlayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR