Yaqut Qarayeva: ““CoronaVac” peyvəndini kifayət qədər yoxlatdırmışıq”

Yaqut Qarayeva

© APA | Yaqut Qarayeva

# 07 oktyabr 2021 16:43 (UTC +04:00)

“Ümumiyyətlə, preparatların yoxlanılması və təhlükəsizliyi məsələsi var”.

APA-nın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib.

Y. Qarayeva bildirib ki, gündəlik həyatımızda bir çox dərman vasitələrindən məcburiyyət qarşısında istifadə edirik: “Hər birimizin yaşımızdan asılı olmayaraq, xroniki xəstəliklərimiz ola bilər. Dərman preparatlarının istehsalçıları tərəfindən təqdim olunan içlik vərəqinə əsasən, dərmanın tərkibinin, əks-göstərişinin nə olduğunu bilirik və buna güvənirik. Çünki bu, dərman preparatının istehsalçısı tərəfindən təqdim edilir. Çinin istehsal etdiyi “CoronaVac” peyvəndini biz kifayət qədər yoxlatdırmışıq. Eynilə “Pifizer” şirkəti dünyada dərman preparatlarını istehsal edən ən məşhur şirkətlərdən biridir. Bu şirkət tərəfindən istehsal olunan bir çox preparatı başqa xəstəliklərin müalicəsində istifadə edirik. Biz istifadəçi olaraq, istehsalçının bizə verdiyi və istehsalçının məsuliyyət daşıdığı məlumatlara, ÜST-ün bizə verdiyi məlumatlara güvənirik, çalışırıq ki, güvənə biləcəyimiz beynəlxalq təşkilatların məlumatlarından istifadə edək. Razıyam ki, “Pifizer” yeni vaksindir, innovaktiv üsulla istehsal olunmayıb. Amma biz tibb tarixində yüz illərdir vaksinlərlə işləmişik, bir çox xəstəliyin qarşısını vaksinlərlə almışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR