Yaqut Qarayeva: "Koronavirusdan ölüm göstəricilərində artma yoxdur"

Yaqut Qarayeva

© APA | Yaqut Qarayeva

# 23 noyabr 2021 12:35 (UTC +04:00)

“Koronavirusa yoluxma sayları heç vaxt prosesi qiymətləndirmək üçün istifadə olunmamalıdır. Azərbaycanda pandemiya başladığı vaxtdan koronavirusa görə ölüm göstəricilərində artma müşahidə olunmayıb”.

APA-nın məlumatına görə, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, buna baxmayaraq, hər bir xəstənin itkisi problem olaraq qəbul olunmalıdır: “Xəstəliyin müşahidə və müalicəsində hər zaman inkişaf olmalıdır. Amma hazırda koronavirus xəstəliyi səbəbindən ölüm göstəricilərində artma yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR