Yaqut Qarayeva: "Vaksinin vurulması ilə əlaqədar PCR testinin pozitivləşməsi mümkün deyil"

Yaqut Qarayeva

© APA | Yaqut Qarayeva

# 09 sentyabr 2021 10:24 (UTC +04:00)

“Hər bir insanın vaksindən əvvəl və ya sonra koronavirus testi pozitiv çıxa bilər”.

Bunu APA-ya açıqlamasında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, lakin vaksinin vurulması ilə əlaqədar insanın PCR testinin pozitivləşməsi mümkün deyil: “Vaksinin vurulması nəticəsində qanda anticisimlər əmələ gəlir. PCR testlərlə isə sadəcə yaxmada virusun birbaşa genetik materialı təyin edilir. Anticisimlər genom testinə pozitivlik verə bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR