Yaşa görə pensiya təyinatı ilə bağlı SMS bildiriş getməməsinin səbəbi açıqlanıb

Yaşa görə pensiya təyinatı ilə bağlı SMS bildiriş getməməsinin səbəbi açıqlanıb
# 18 iyun 2021 16:20 (UTC +04:00)

Yaşa görə pensiya təyinatı ilə bağlı SMS bildiriş getməməsinin səbəbi açıqlanıb.

APA-nın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev bildirib ki, yaşa görə pensiya təyinatı proaktiv qaydada olur. Yəni pensiya yaşı tamam olanda ona pensiya təyinatının miqdarı ilə əlaqədar SMS göndərilir.

Əgər bununla bağlı SMS getməyibsə, ola bilsin ki, həmin vətəndaşın pensiya hüququ yoxdur: “Ya da ola bilər ki, vətəndaş öz FİN-nə bağlı nömrə istifadə etmir, yəni nömrə öz adına deyil. Belə halda SMS bildiriş getməyə bilər. Bu səbəbdən daha ətraflı məlumat almaq üçün 142 Çağrı mərkəzinə zəng vurmaq, DSMF-nin regional ərazi filiallarına və ya DOST mərkəzlərinə müraciət etmək olar. Yaşa görə pensiya təyinatının 3 şərti var: yaşa görə, 25 il sığorta stajının mövcud olması , fərdi hesabının sığorta hissəsində tələb olunan minimum pensiya məbləğinin təyin edilməsinə imkan verən pensiya kapitalının olması”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR