"YAŞAT” 60-dan çox şəxsin təhsil haqlarını ödəyib

Ülvi Mehdiyev

© APA | Ülvi Mehdiyev

# 08 dekabr 2021 13:07 (UTC +04:00)

““YAŞAT” Fondunun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən 222 822 manat təhsil haqqı qarşılanıb".

APA-nın məlumatına görə, bunu “YAŞAT” Fondunun bir illik hesabat tədbirində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, təhsil haqqı qarşılanan 66 şəxsin ödənişi Fond tərəfindən, 60 şəxsin isə ödənişi isə Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb: "34 şəhid övladı özəl təhsil müəssisələrində ödənişsiz kvota əsasında təhsil alır. Eyni zamanda, 7 şəhid övladı ödənişsiz kvota əsasında bağça (5 şəxs) və məktəbəqədər təhsil müəssisəsinə (2 şəxs) qəbul olunub".

Ü. Mehdiyev deyib ki, 2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilib: "Bu günədək 36 şəxsə (22 şəhid ailə üzvü və 14 yaralı) 2000 AZN vəsait köçürülüb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR