"YAŞAT" Fondu: Bu günə qədər 94 ağır yaralı qazi Türkiyəyə yola salınıb

"YAŞAT" Marafonunun başa çatması ilə əlaqədar mətbuat konfransı

© APA | "YAŞAT" Marafonunun başa çatması ilə əlaqədar mətbuat konfransı

# 31 may 2021 12:31 (UTC +04:00)

“YAŞAT” Fondu tərəfindən tibb xərcləri üçün 3 milyondan çox pul xərclənib.

APA-nın məlumatına görə, bunu "YAŞAT" Marafonunun başa çatması ilə əlaqədar keçirilən mətbuat konfransında "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov bildirib.

Onun sözlərinə görə, indiyədək bu xərclər 872 şəhid ailəsi və 413 qazi ilə bağlı olub: “Bu günə qədər 94 ağır yaralı qazi Türkiyəyə yola salınıb, 32-si geri qayıdıb, hazırda Türkiyədə 62 yaralı qazinin müalicəsi davam edir. Bu həftə daha 5 qazi Türkiyəyə yola salınacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR