“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 10 qazi Vətənə dönüb

“YAŞAT” Fondunun Türkiyəyə göndərdiyi qailərdən 10-u Vətənə dönüb

© APA | “YAŞAT” Fondunun Türkiyəyə göndərdiyi qailərdən 10-u Vətənə dönüb

# 01 noyabr 2021 15:16 (UTC +04:00)

“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən qazilər sağalaraq Vətənə geri dönüblər.

Fonddan APA-ya verilən məlumata görə, Türkiyəyə göndərilən qazilərdən Duniyev Kamil Əlibala oğlu, Əkbərov Xəyal Hüseyn oğlu, Əliyev Kamran Yasir oğlu, Ağaməmmədov Yusif Fizuli oğlu, Şükürov Tural Vüqar oğlu, Əzizli Səddam Nazim oğlu, Həsənov Anar Rasim oğlu, Musazadə Şöhlət Möhübbət oğlu, Quliyev Şahin Famiq oğlu və Camalov Taleh Musa oğlu Vətənə geri dönüblər. Ağır yaralanan və müalicə üçün qazilərin bəziləri qismən, digərləri isə tam sağalıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 44 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR