“YAŞAT” tərəfindən Türkiyəyə göndərilən 6 qazi sağalaraq geri dönüb

“YAŞAT” tərəfindən Türkiyəyə göndərilən 6 qazi sağalaraq geri dönüb
# 03 iyun 2021 12:01 (UTC +04:00)

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 6 qazimiz sağalaraq Vətənə geri dönüb.

Bu barədə APA-ya Fonddan məlumat verilib.

Sağalaraq Vətənə geri dönən qazilər aşağıdakılardır:

1. Quliyev Şahmar Anar oğlu
2. Əliyev Xəyyam Şəadət oğlu
3. Quliyev Şəhriyar Əsa oğlu
4. Eyvazov Səbuhi Rahim oğlu
5. Məmmədov Seymur Rafiq oğlu
6. Hüseynov Ülvi Məsum oğlu

Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən hazırda daha 62 qazinin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. “YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR