“YAŞAT”ın vəsaitlərinin hansı istiqamətlər üzrə xərcləndiyi məlum olub

Ülvi Mehdiyev

© APA | Ülvi Mehdiyev

# 08 dekabr 2021 13:02 (UTC +04:00)

"YAŞAT” Fondunun hesabına 7 dekabra qədər 64 930 525.72 AZN vəsait mədaxil olub. 10 875 şəxsin 15 834 müraciəti icra olunub".

APA-nın məlumatına görə, bunu “YAŞAT” Fondunun bir illik hesabat tədbirində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, Fondun fəaliyyət istiqamətləri üzrə 49 497 446.15 AZN məbləğində vəsait xərclənib: "Qalıq vəsait 15 433 079.57 təşkil edir. Xərclənən vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 32 477 789.50 AZN, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri üzrə 458 478.51 AZN, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üzrə 5 432 716.49 AZN, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üzrə 11 128 461.65 AZN istifadə olunub".

Ü. Mehdiyev deyib ki, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 3 738, itkin ailə üzvlərinin 5 və yaralıların 4 746 müraciəti olmaqla ümumilikdə 8 489 müraciət təmin edilib: "27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb. Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 143 və yaralıların 21 müraciəti olmaqla ümumilikdə 164 müraciət təmin edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR