“Yay məktəbi” ilə bağlı mediatur təşkil olunub - FOTOLENT - VİDEO - YENİLƏNİB

“Yay məktəbi” ilə bağlı mediatur təşkil olunub - <span class="red_color">FOTOLENT - <span class="red_color">VİDEO - <span class="red_color">YENİLƏNİB

© APA | “Yay məktəbi” ilə bağlı mediatur

# 17 iyun 2021 10:06 (UTC +04:00)

İyunun 17-də “Yay məktəbi”nin başlaması ilə bağlı mediatur təşkil olunub.

APA-nın məlumatına görə, Bakı şəhəri 32 nömrəli tam orta məktəbdə təşkil olunmuş mediaturda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

Mediaturun məqsədi media nümayəndələrini ilk dəfə təşkil olunan “Yay məktəbi”nin fəaliyyəti ilə bağlı görülən işlərlə daha yaxından tanış etməkdən ibarətdir.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva “Yay məktəbi”nin təşkili baxımından nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib. O bildirib ki iyunun 16-dan "Yay məktəbi" təşkil olunub. M.Vəliyeva BŞTİ-nin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində “Yay məktəbi”nin fəaliyyət göstərdiyini bildirib.

İdarə müdiri qeyd edib ki, ümumi təhsil müəssisələrində təşkil olunan “Yay məktəbləri”ndə iştirak etmək istəyən şagirdlər 30 iyun tarixinədək məktəblərdəki mövcud imkanlardan yararlana biləcəklər: “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib. “Yay məktəbi”ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edirlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilir".

Qeyd edək ki, media təmsilçiləri “Yay məktəbi”ndə təşkil olunan dərslərin gedişini izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR