Yeni avtomobil yolu istifadəyə veriləndə Əmlak Məsələləri Dövlət Xidməti məlumatlandırılacaq

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 15 sentyabr 2021 03:02 (UTC +04:00)

Yeni avtomobil yolu istifadəyə verildiyi və ya avtomobil yolunun adı dəyişdirildiyi halda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini bu barədə məlumatlandırılacaq.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nda edilən dəyişikliklə bağlı qərarında əksini tapıb.

Dəyişikliyə əsasən, yeni avtomobil yolu istifadəyə verildiyi və ya avtomobil yolunun adı dəyişdirildiyi halda, bu Qaydaların Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları 3 (üç) gün müddətində ünvan reyestrində müvafiq dəyişikliklərin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini bu barədə məlumatlandıracaq.

Bundan əvvəl ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının adları dəyişdirildikdə, Əmlak Məsələləri Dövlət Komitəsi 3 (üç) gün müddətində ünvan reyestrində müvafiq dəyişikliklərin edilməsini təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR