Yeni əlillik meyarları müddətsiz əlillik dərəcələri olan şəxslərə şamil olunmayacaq

Yeni əlillik meyarları müddətsiz əlillik dərəcələri olan şəxslərə şamil olunmayacaq
# 09 iyul 2021 17:45 (UTC +04:00)

Əlillik meyarları ilə bağlı yeni əsasnamə Milli Məclisdə 3-cü oxunuşdan sonra qəbul edilib və 2022-ci il iyulun 1-dən tətbiqi nəzərdə tutulub.

APA-nın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.

Onun sözlərinə görə, yeni əsasnamə əvvəlcədən müddətsiz əlillik dərəcələri müəyyən edilmiş şəxslərə şamil olunmayacaq: “Yəni, müddətsiz əlilliklərin yenidən qiymətləndirilməsi zərurəti yaranmırsa, bu əsasnamə onlara şamil olunmur”.

İ. Yusifov qeyd edib ki, yeni qaydalara görə, geridönməz proseslərdə, anatomik deffektlərdə, psixi qüsur hallarında müddətsiz əlillik dərəcələri təyin olunacaq: “Digər hallarda isə 5 il müddətinə həyat fəaliyyətinin itirilmə funksiyaları təyin ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR