Yeni tədris ili üçün çap edilən dərsliklərin sayı açıqlanıb

Yeni tədris ili üçün çap edilən dərsliklərin sayı açıqlanıb
# 20 sentyabr 2021 15:24 (UTC +04:00)

2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün çap edilən dərsliklərin sayı açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində paylaşım edib.

Nazir deyib ki, 2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.

Ümumi təhsil müəssisələrinin I sinifləri üçün ilk dəfə olaraq təhsil proqramı (kurikulum) əsasında “Təsviri incəsənət” dərsliyi və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsait, həmçinin II və VI siniflər üçün 25 adda yeni dərslik və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb.

Ümumi təhsil müəssisələrinin IX sinifləri üçün “Zəfər tarixi” dərsliyi hazırlanıb.

Yeni tədris ilində ilk dəfə xüsusi məktəblərin intellekt məhdudiyyəti olan şagirdləri üçün I sinif “Azərbaycan dili” (tədris dili), “Riyaziyyat” və “Matematika” dərslikləri, həmin dərsliklərlə müəllim və valideynlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb.

Bundan başqa, tədris Azərbaycan və rus dillərində olan ümum təhsil müəssisələrinin II və VI sinifləri üçün 46 adda dərslik və müəllim üçün metodik vəsaitlər məzmun, bədii tərtibat, dil və üslub baxımından əsaslı şəkildə təkmilləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR