Yepiskop Vladimir Fekete: "Allah bizə azad edilən torpaqların tezliklə məskunlaşdırılması üçün yardımçı olsun"

Yepiskop Vladimir Fekete

© APA | Yepiskop Vladimir Fekete

# 27 sentyabr 2021 09:07 (UTC +04:00)

“27 sentyabr Azərbaycanda İkinci Qarabağ Müharibəsi qurbanlarının Anım Günüdür. Katolik Kilsəsi hər zaman şad və kədərli günlərdə xalqla çiyin-çiyinə olub”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi, yepiskop Vladimir Fekete bildirib.

Yepiskop Vladimir Fekete deyib ki, bu gün Müqəddəs Məryəm Kilsəsində bu müharibədə şəhid olanların, oğullarını, həyat yoldaşlarını itirənlərin, yaralananların xatirəsinə xüsusi dua mərasimi təşkil ediləcək: “Allah bizə yardımçı olsun ki, azad edilən torpaqlar tezliklə məskunlaşdırılsın. Bu torpaqları tərk etməyə məcbur olmuş 100 minlərlə insan geri qayıtsın. Allah bizim xalqa, onun rifahına yardımçı olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR