Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın iclası keçirilib

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın iclası keçirilib
# 26 noyabr 2021 17:16 (UTC +04:00)

Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın iclası keçirilib.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Baş nazirin müavini, Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri Əli Əhmədovun sədrliyi ilə keçirilmiş iclasda aidiyyəti qurumların nümayəndələri iştirak edib. İclasda ölkə Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icra vəziyyəti, uşaq hüquqlarının müdafiəsi sahəsində mütəxəssislərin bilik və bacarıqlarının artırılması, yerli komissiyaların fəalliyyətinin effektivliyinin təmin edilməsi, uşaq hüquqlarının təşviqi sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, Komissiyanın qarşısında duran məsələlər və Komissiyanın 2022-ci il üçün Tədbirlər Planı müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR