Yevlaxda itkin düşmüş tələbə tapılıb

Daxili İşlər Nazirliyi

© APA | Daxili İşlər Nazirliyi

# 14 noyabr 2021 12:54 (UTC +04:00)

Yevlaxda itkin düşmüş tələbə tapılıb.
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumat verib.
E.Hacıyev bildirib ki, rayonun Ərəş kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, birinci kurs tələbəsi ailəsinə təhvil verilib.
Müəyyən olunub ki, o könüllü olaraq, ailəsini məlumatlandırmadan yaşadığı ünvanı tərk edib.
Qurum rəsmisi qeyd edib ki, qıza qarşı zorakılıq, yaxud digər cinayətkar qəsd olmayıb.
Xatırladaq ki, Bakı Dövlət Universitetinin Şəki filialının I kurs tələbəsi olan yetkinlik yaşına çatmamış qız noyabrın 12-də itkin düşmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR