Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək

Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək
# 22 iyul 2021 21:26 (UTC +04:00)

Avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş cərimənin ödənilməsi təmin olunacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blanklarının aidiyyəti orqanların sifarişi  əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi Qaydaları”na etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, texniki baxışı, habelə sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi zamanı yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarla yanaşı, həm də avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş cərimənin ödənilməsi təmin olunacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR