“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qaliblərlə görüş keçirib

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qaliblərlə görüş keçirib
# 17 iyul 2021 20:24 (UTC +04:00)

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu müsabiqənin qalibləri ilə görüş keçirib.
Müsabiqənin Təşkilat Komitəsindən APA-ya verilən məlumata görə, Gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev qaliblərə təbriklərini çatdırıb.

Görüşdə qaliblərə idarəçi rəhbərlər tərəfindən tədqim oluncaq 1 illik fərdi inkişaf planının (https://yukselish.az/mentors.html) tətbiqi barədə söhbət açılıb. Eyni zamanda, qaliblərin əldə etdiyi 20 min manat özünüinkişaf qrantının yarısının sərf olunacağı istiqamət və hədəflər müzakirə olunub. Qaliblərin təklifləri dinlənilib, həmçinin onlarla gələcək karyera planları haqda fikir mübadiləsi aparılıb.

İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, müsabiqənin Təşkilat Komitəsi qaliblərə mütəmadi dəstək göstərməyə və onlarla əməkdaşlığa hazırdır.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqəyə müraciət edən 11 min 760 nəfər arasından idarəçilik səriştə və bacarıqlarına görə fərqlənən 27 qalib seçilib. Onlar ölkənin dövlət və özəl strukturlarında fəaliyyət göstərən yüksək ixtisaslı kadrlardır.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR