Zaqatalada Anım Günü ilə bağlı yürüş keçirilib - FOTO

Zaqatalada Anım Günü ilə bağlı yürüş

© APA | Zaqatalada Anım Günü ilə bağlı yürüş

# 27 sentyabr 2021 15:32 (UTC +04:00)

Zaqatalada Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq yürüş keçirilib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, yürüşdə rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və müəssə rəhbərləri və rayon ziyalıları iştirak edib. Yürüş iştirakçıları öncə Zaqatala şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, Birinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, abidələri önünə çül-çiçək qoyublar.

Daha sonra yürüş iştirakçıları Vətən müharibəsində şəhid olmuş qəhramanlarımızın şərəfinə ucaldılmış Zəfər Kompleksinə qədər olan məsafəni üç rəngli Dövlət bayrağını aparmaqla yürüş ediblər.
Saat 12.00-da Zaqatala rayonu ərazisində 27 sentyabr - Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR