Zaqatalada karantin qaydalarını pozan restoranın icarədarı və toy sahibi cərimələnib

Zaqatalada karantin qaydalarının pozulduğu “Göl üstü” restoranı

© APA | Zaqatalada karantin qaydalarının pozulduğu “Göl üstü” restoranı

# 29 avqust 2021 11:36 (UTC +04:00)

Zaqatalada Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı Əliabad qəsəbəsi ərazisində yerləşən “Göl üstü” restoranında mövcud qayda və tələblərin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, obyektə baxış zamanı orada təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restoranın icarədarı Fərman Qaraxanov və toy sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR