Zaqatalada qadınların iqtisadi inkişafına dəstək mövzusunda tədbir keçirilib - FOTO

Zaqatalada qadınların iqtisadi inkişafına dəstək mövzusunda tədbir keçirilib - FOTO
# 23 noyabr 2021 09:42 (UTC +04:00)

Zaqatalada ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə qadınların iqtisadi inkişafına dəstək mövzusunda tədbir keçirilib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiya direktoru Jaidev Singh, BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladanka Andreeva, Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizeman, BMT İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Charu Bist və digər qonaqlar iştirak ediblər.

Nümayəndə heyəti Zaqatala Qadın Resurs Mərkəzində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən qadınların əl işləri nümayiş etdirilən sərgiyə baxış keçirib. Tədbirdə vurğulanıb ki, indiyədək təşkil edilən təlimlərdə 400 nəfərdən çox xanım iştirak edib. Onlardan 70-i kiçik biznes layihələrini təqdim edib, 52 nəfərə avadanlıq təqdim edilib və öz fəaliyyət dairəsi üzrə işə başlayıblar. Digər 18 xanıma isə gələn il avadanlıqların təqdim olunması nəzərdə tutulub.

Qeyd edək ki, Zaqatala Qadın Resurs Mərkəzi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, USAID tərəfindən maliyyələşdirilən, BMT İP ilə birgə həyata keçirilən “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsi çərçivəsində 2018-ci ildə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR