Zaqatalada tikinti aparılan ərazidə qumbara tapılıb - VİDEO - YENİLƏNİB

Zaqatalada tikinti aparılan ərazidə qumbara tapılıb - VİDEO  - YENİLƏNİB
# 01 iyul 2021 22:52 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 21:40

Zaqatalada tikinti aparılan ərazidə qumbara tapılıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala şəhəri H.Əliyev prospekti, ev 69 ünvanında baş verib. Həmin ünvanda qazıntı işləri aparan zaman torpağın 3-4 metr dərinliyindən paslanmış vəziyyətdə olan qumbara tapılıb.

Əraziyə rayon hüquq-mühafizə orqan və müvafiq qurumların əməkdaşları cəlb edilib. İlkin araşdırma zamanı qumbaranın ötən əsrin ortalarında və daha əvvəl istehsal olunduğu vurğulanıb.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR