365 internat məzunu mənzillə təmin olunub

365 internat məzunu mənzillə təmin olunub
# 16 aprel 2021 12:35 (UTC +04:00)

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial xidmət müəssisəsi fəaliyyət göstərir.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Sosial saat” verilişində Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov bildirib. Onun sözlərinə görə, artıq 3 korpus tikilib: “Həmin korpuslarda 365 internat məzunu mənzillərlə təmin olunub. Bu mənzillərin tikintisi Əmək və Əhalinin Sosial Müdafiəsi tərəfindən həyata keçirilmir. Sadəcə mənzillər tikildikdən sonra Nazirliyə təqdim olunur. Nazirlik tərəfindən isə internat evinin məzunları mənzillərlə təmin olunur. Artıq müraciətlər var, onlar növbəyə alınıb. Həmin şəxslər növbəlilik qaydası ilə mənzillərlə təmin olunacaqlar”.

Agentlik rəhbəri qeyd edib ki, əvvəllər Çernobıl əlillərinin mənzil təminatı yox idi. Dövlət başçısının sərəncamı ilə artıq onların da mənzil təminatına başlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR