8441 müəllim iş yerinin dəyişdirilməsi üçün ərizəsini təsdiq edib

8441 müəllim iş yerinin dəyişdirilməsi üçün ərizəsini təsdiq edib

© APA | Müəllimlərin yerdəyişməsi

# 17 may 2021 13:00 (UTC +04:00)

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, 5-16 may tarixlərini əhatə edən bu mərhələdə 13 105 şəxs müsabiqədə iştirak etmək üçün müraciət edib. Onlardan 8441 nəfəri ərizəsini tamamlayaraq iştirakını təsdiq edib.

Müsabiqənin növbəti mərhələsində namizədlərin ərizələri yoxlanıldıqdan sonra elektron yerləşdirmə həyata keçiriləcək. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR