9 illik bazadan kolleclərə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

9 illik bazadan kolleclərə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb
# 15 sentyabr 2020 14:09 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini açıqlayıb.

DİM-dən APA-ya verilən xəbərə görə, nəticələr sentyabrın 15-də saat 13:45-dən etibarən Mərkəzin internet səhifəsində yerləşdirilib.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat


Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma faizi

Azərbaycan bölməsi

Rus bölməsi

Bölmələr üzrə cəmi

Dövlət ödənişsiz

4215

4036

120

4156

98.58

Dövlət ödənişli

5075

4634

66

4700

92.59

Özəl

595

442

12

454

76.30

Cəmi

9885

9112

198

9310

94.16


Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında məlumat (xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə)

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma faizi

Azərbaycan bölməsi

Rus bölməsi

Bölmələr üzrə cəmi

Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar

8238

7619

152

7771

94.31

Xüsusi qabiliyyət tələb edən ixtisaslar

1647

1493

46

1539

93.44

Cəmi

9885

9112

198

9310

94.16


Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar 2020-ci il sentyabrın 16-dan 25-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə qəbul olduqları təhsil müəssisəsindən məlumat əldə edə bilərlər.

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı kolleclər tərəfindən onlayn qaydada həyata keçirilir.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR