AAK: Dövlət qulluqçularının dissertasiya müdafiə etməsi məqsədəuyğun hesab edilmir

AAK: Dövlət qulluqçularının dissertasiya müdafiə etməsi məqsədəuyğun hesab edilmir
# 28 aprel 2021 17:02 (UTC +04:00)

“Müxtəlif vaxtlarda həm bizim ölkədə, həm də digər ölkələrdə müxtəlif rəhbər vəzifəli, o cümlədən hüquq-mühafizə orqanlarında çalışan şəxslərin, müxtəlif icra qurumlarının rəhbərlərinin alimlik və ya elmi dərəcə almaq üçün niyyətləri olub və bunu müəyyən yollarla həyata keçiriblər”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri professor Famil Mustafayev deyib.

O bildirib ki, bunun üçün həmin şəxslər çalışdıqları sahədən ayrılsalar və ya digər sahədə öz fəaliyyətlərini davam etdirsələr, yalnız o halda onlara elmi ad, elmi dərəcə verilməsi məsələsinə baxıla bilər: “Ona görə də dövlət qulluğunda, onun xüsusi növlərində çalışan şəxslərin dissertasiya müdafiə etməsi və elmi dərəcə alması məsələsi biz tərəfdən məqsədəuyğun hesab edilmir. Burada müxtəlif kateqoriyalı dövlət qulluqçuları var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR