Ağstafa Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub

Ağstafa Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub
# 11 sentyabr 2020 18:25 (UTC +04:00)

Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.

APA-nın yerli bürosunun məlumatına görə , Daxili işlər naziri, general polkovnik Vilayət Eyvazovun imzaladığı əmrə əsasən, bu vəzifəyə polis kapitanı Ruslan Zalov təyinat alıb.

Qeyd edək ki, R.Zalov bu təyinata qədər Gəncə şəhər Dövlət Yol Polisi İdarəsində işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR