Ali məktəblərdə təhsil prosesinin tədris-metodiki təminatı bazası yaradılacaq

Ali məktəblərdə təhsil prosesinin tədris-metodiki təminatı bazası yaradılacaq
# 20 aprel 2021 10:04 (UTC +04:00)

Ali təhsil müəssisələrində təhsil prosesinin tədris-metodiki təminatı bazası yaradılacaq.

APA-nın məlumatına görə, bu "Ali təhsil haqqında" qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Layihəyə əsasən, ali təhsil müəssisənin rəhbərliyi müəssisənin tədris-metodiki təminatı zamanı aşağıdakı vəzifələri yerinə yetirir:

- tədris prosesinin təlim-metodiki, didaktik və informasiya materialları ilə təmin edilməsi, texniki vasitələrlə zənginləşdirilməsi işinə nəzarət etmək;

- tədris prosesinin dərsliklər, dərs vəsaitləri və xarici ölkə ədəbiyyatları ilə təmin edilməsinə nəzarət etmək;

- ömürboyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyətini modernləşdirmək, rəqəmsal təhsil resurslarından istifadə imkanlarını genişləndirmək;

- bütün ixtisaslar və ixtisaslaşmalar üzrə metodik materialların işlənib hazırlanması və yerinə yetirilməsinə nəzarət etmək;

- fakültə və departamentdə tədris-metodiki işlərin vəziyyətinin təhlili və ona nəzarət, elmi-metodiki materialların mənimsənilməsində professor-muəllim heyətinə praktiki yardımlar göstərmək;

- tədris prosesinin monitorinqi və tədris prosesinin təşkilində müvafiq departamentə və digər struktur bölmələrinə metodiki yardım etmək;

- tədris prosesinin tədris-metodiki dərslik və dərs vəsaitləri ilə, didaktik və informasiya materialları ilə təmin edilməsi, dərslərin aparılmasının, tədris proqram sənədlərinin və metodiki materialların işlənib hazırlanmasını təşkil etmək;

- fakültə və kafedralara tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi və istifadəsinə təşkilatı və metodiki yardımlar göstərmək;

- tədris prosesinə yeni informasiya texnologiyalarının tətbiqi, tədris plan və proqramlarının, metodiki göstərişlərin, mühazirə mətnlərinin və digər elmi-metodiki sənəd və tədris vəsaitlərinin elektron variantlarının hazırlanması işini təşkil etmək;

- kredit sistemində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş formalar üzrə aşağıdakı tədris sənədlərindən istifadə edilir:

- ixtisasın (ixtisaslaşmanın) tədris planı;

- ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki;

- ixtisasın (ixtisaslaşma) üzrə illik işçi tədris planı;

- tələbənin fərdi tədris planı;

- müəllimin illik işçi tədris planı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR