Ali təhsil sisteminə hansı qurum və təşkilatların daxil olduğu açıqlanıb

#
# 18:59
19 aprel 2021

Ali təhsil sisteminə daxil olan qurum və təşkilatlar müəyyənləşib.

APA-nın məlumatına görə, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasına əsasən, akkreditasiya edilmiş bütün ali təhsil müəssisələri, ali təhsil proqramları və ali təhsil sahəsində təlim-tərbiyə prosesi ilə məşğul olan və ali təhsil xidmətləri göstərən digər qurumlar, ali təhsil fəaliyyəti və onun inkişafını təmin edən elmi tədqiqat institutları və informasiya mərkəzləri, layihə istehsal, kliniki, ictimai iaşə, tibbi-profilaktik və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq  kompleksləri, kampuslar, mədəni-maarif müəssisələri və təşkilatları, kitabxanalar, yataqxanalar, düşərgələr və digər infrastruktur obyektləri, ali təhsili idarəetmə orqanları və onların tabeliyində fəaliyyət  göstərən müəssisə və təşkilatlar, ali təhsil sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, Rektorlar Şurası və tələbə birlikləri ali təhsil sisteminə daxildir.

Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlığı həyata keçilir.

Azərbaycan Respublikasının ali təhsil müəssisələri əmək bazarı və iqtisadiyyatın tələblərinə uyğun səriştəli mütəxəssislərin hazırlanması vasitəsi ilə əmək bazarı və təhsilin növbəti səviyyələri üzrə kadr hazırlığını təmin edir.

Ali təhsil sistemi ömürboyu təhsil strategiyasına uyğun olaraq təhsilin fasiləsizliyi, yaşlıların təhsilini və davamlı əlavə təhsil imkanlarını təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR