Aprelin 21-də MİQ müsabiqəsinin müsahibə mərhələsinə başlanılır

Aprelin 21-də MİQ müsabiqəsinin müsahibə mərhələsinə başlanılır
# 16 aprel 2021 18:28 (UTC +04:00)

Aprelin 21-də 2020-2021-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start verilir.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, müsahibə mərhələsində iştirak edəcək şəxslərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix və saat barədə məlumat göndərilib.

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla tanış olmağı tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR