Azərbaycan üzrə aprel ayının pensiyaları tam ödənilib

Azərbaycan üzrə aprel ayının pensiyaları tam ödənilib
# 15 aprel 2021 09:53 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Fonddan APA-ya verilən məlumata görə, aprelin 8-dən başlayaraq əvvəlcə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, aprelin 15-də isə bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödənilib.

Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR