Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

#
# 16:34
14 aprel 2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 028 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4681 nəfərdir. 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 243 191, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 813 413, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 429 778 təşkil edir. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR