Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

#
# 19:15
16 aprel 2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 542 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 034, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 508... nəfərdir. 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 299 323,  birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 859 338 ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 439 985 təşkil edir. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR